Hakimin yanlış hərəkəti Rəşad Sadıqovu özündən çıxardı

ÖLKƏ FUTBOLU 19 May 2011 / 00:01 2957
-  A +

Premyer Liqanın XXXII turunda AZAL-la oyun zamanı  "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov ehtiyat hakim Teymur Fərhadovun yanlış hərəkəti üzündən sarı vərəqə alıb. Qol.Az-ın məlumatına görə, mübahisəli epizod 60-cı dəqiqədə Nderim Nedzipi İlqar Qurbanovun əvəzinə oyuna girməyə hazırlaşdığı vaxt baş verib.  

Lakin Fərhadov dəyişiklik lövhəsində 18 yox, 17-ni göstərib. Yəni o, meydançanı Vüqar Nadirovun tərk etməli olduğuna işarə verib. Bu isə "Qarabağ" futbolçularının etirazına səbəb olub. Həmin vaxt 1:2 hesabı ilə geridə olan Ağdam komandası heç nədən vaxt itkisinə yol verilməsinə qarşı çıxıb. Buna görə Rəşad Sadıqov ehtiyat hakimə etirazını bildirib. Fərhadov isə "Əlini çək" jesti ilə Sadıqovu uzaqlaşdırmaq istəyib. Bunu görən baş hakim Fariz Yusifov millimizin kapitanına sarı vərəqə göstərib.

Rəşad Sadıqov AZAL futbolçularının vaxtı uzatma cəhdlərindən də narazı qalıb.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

Daha çox


Son xəbərlər