"Sadıq Sadıqov - çempion"

"Sadıq Sadıqov - çempion"
ÖLKƏ FUTBOLU 18 May 2011 / 23:59 2319
-  A +

Premyer Liqanın sonuncu - XXXII turunda "Xəzər Lənkəran" klubu ilə qarşılaşan "Neftçi" komandasına oyundan sonra çempionluq kuboku təqdim olunub. Qol.Az-ın məlumatına görə, kuboku Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.

Fəxri mükafatı alan "Neftçi"nin kapitanı Rail Məlikov üzərində "Sadıq Sadıqov - çempion" sözləri yazılmış maykanı kuboka geyindirib. Bu zaman Məlikovun əynində flaqmanın dünyasını dəyişmiş 3 əməkdaşının şəkillərinin həkk olunduğu mayka olub.

Futbolçular klub prezidentini və baş məşqçi Arif Əsədovu göyə atıb-tutublar. Bundan sonra bütün komanda kubokla azarkeşlərə doğru hərəkət edib və meydança boyunca dövrə vurub. Sonda Tofiq Bəhramov adına Respublika stadionunda atəşfəşanlıq olub.  

Daha çox


Son xəbərlər