Nazim Süleymanov: "Dostum, qardaşım Qurban Qurbanova uğurlar arzulayıram"

Nazim Süleymanov: "Dostum, qardaşım Qurban Qurbanova uğurlar arzulayıram"
ÖLKƏ FUTBOLU 18 May 2011 / 23:51 2657
-  A +

"Azərbaycanın ən gözəl futbol oynayan komandası ilə qarşılaşdıq. İlk dəqiqələrdə yaxşı oynamadıq, lakin sonra təşəbbüsü ələ aldıq". Qol.Az-ın məlumatına görə, bunu AZAL klubunun baş məşqçisi Nazim Süleymanov "Qarabağ"la keçirdikləri Premyer Liqa matçından sonra deyib. 

3:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, Süleymanovun fikrincə, oyun bərabər səviyyədə keçib. O, "Qarabağ"a Avropa Liqasında uğurlar arzulayıb: "Demək olar ki, başabaş oyun oldu, hər iki komanda sonadək mübarizə apardı. Oyunçularımdan razı qaldım, yaxşı oynadılar. Dostum, qardaşım Qurban Qurbanova və onun komandasına Avroliqada uğurlar arzulayıram. İstər "Qarabağ", istərsə də digər Azərbaycan klublarının Avropada göstərəcəyi nəticə bizim hamımızın sevincidir. Hər şeyin futbolumuz üçün yaxşı olacağına inanıram".

Daha çox


Son xəbərlər