Qurban Qurbanov: "Oyunumuz alınmadı"

ÖLKƏ FUTBOLU 18 May 2011 / 23:41 2147
-  A +

"Qalib gəlib mövsümü ikinci bitirmək istəyirdik. Amma bu gün oyunumuz alınmadı". Qol.Az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov AZAL-a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın son tur matçından sonra deyib. 

Qurbanov Şüvəlan qəsəbəsindəki AZAL stadionunun meydançasının ağır olmasının "Qarabağ"ın oyununa təsir etdiyini söyləyib. Eyni zamanda o, AZAL-ın yaxşı oynadığını etiraf edib: "İlk dəqiqələrdə yaxşı oynadıq. AZAL da oyuna 3 xal üçün çıxmışdı. Biz də qalib gəlmək istəyirdik. "Neftçi" və "Xəzər Lənkəran"ın heç-heçə etdiyini öyrəndik. AZAL-a uğurlar arzulayıram, yaxşı oynadılar. Meydançanın ağır olması da oyunumuza öz təsirini göstərdi".

Qarşıda "Qarabağ"ı Avropa Liqasında ağır oyunların gözlədiyini deyən baş məşqçi qısa fasilədən sonra hazırlıqlara başlayacaqlarını bildirib.

Daha çox


Son xəbərlər