Ötən ilin yayından Ağdamın «Qarabağ» komandasında çıxış edən albaniyalı Ansi Aqolli Azərbaycan dilini öyrənməyə başlayıb.
Qol.Az-ın məlumatına görə, hazırda doğma dilindən başqa, ingilis və bir az da rus dilində danışa bilən Aqolli karyerasını Azərbaycanda davam etdirdiyindən bizim dilimizi də öyrənməyə maraq göstərir. O, «Qarabağ»dakı futbolçu dostları ilə ünsiyyətdə də Azərbaycan dilində danışmağa cəhd edir.
Ötən həftə «Neftçi»ylə oyundan öncə «Qarabağ»la birgə ilk dəfə Ağdam rayonunun Quzanlı qəsəbəsinə səfər edən Aqolli oradakı ab-havanı çox bəyəndiyini də söyləyib. Əməkdaşımızla söhbətində «Ağdam super» deyə tez-tez replika atan Ansi müxbirimizin ona ingilis dilində suallar ünvanladığını görərək «azərbayanca danışaq» deyə cavab verib.
Müxbirimizlə söhbətində Ansi artıq neçə vaxtdır Azərbaycan dilini öyrənməyə başladığını bildirib. Ansinin bizim dilimizdə ən çox işlətdiyi söz isə xüsusilə ağdamlıların tez-tez dediyi «qaqa» ifadəsi olub.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi