Qazaxıstan yığmasında daha bir itki

Qazaxıstan yığmasında daha bir itki
ÖLKƏ FUTBOLU 18 May 2011 / 07:54 2341
-  A +

İyunun 3-də Avro-2012-nin seçmə qrup matçında Azərbaycan milli komandasını Astanada qəbul edəcək Qazaxıstan yığması daha bir ciddi itki ilə üzləşib. Qol.Az-ın Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, Astana "Lokomotiv"inin və yığmanın kapitanı Andrey Karpoviç yenidən zədələnib. 

Bu yaxınlarda zədəsini bərpa etmiş Karpoviç son məşqlərin birində dizində ağrılar hiss edib. Tibbi müayinə nəticəsində məlum olub ki, xavbekin meniskində problem var və ona əməliyyat lazımdır. 

30 yaşlı oyunçu geniş müayinədən keçmək üçün Rusiyanın paytaxtı Moskvaya yollanıb. Həkimlərin proqnozlarına əsasən, o, bir neçə ayı buraxacaq və Qazaxıstan yığmasının Azərbaycan millisi ilə qarşıdakı görüşündə iştirak etməyəcək.  

Qeyd edək ki, əvvəllər zədə üzündən qapıçı David Loriya da sıradan çıxıb.  

Daha çox


Son xəbərlər