Sabah «Neftçi» və «Xəzər Lənkəran» klubları arasında keçiriləcək ölkə çempionatının son oyunundan sonra Tofiq Bəhramov adına Respublika stadionunda bayram tədbirləri keçiriləcək.
Bu haqda Qol.Az-a «Neftçi»ni vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
O bildirib ki, təmsil etdiyi komandanın çempionluğu münasibətilə oyundan sonra bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub: «Biz sabahkı oyunda tribunalarda yüksək atmosferin şahidi olmaq istəyirik. Sabahkı matç təkcə hər iki komandanın deyil, həm də azarkeşlərin avrokubok oyunlarına hazırlaşması baxəmından önəmli olmalıdır».
T.Süleymanov bayram tədbirlərinin keçirilməsi üçün dünən stadionun rəhbərliyi ilə müzakirələr apardıqlarını deyib. Bununla bağlı hazırlıq işlərinin getdiyini söyləyən klub rəsmisi oyundan sonra atəşfəşanlığın nəzərdə tutulduğunu bildirib.
Çempionluq münasibətilə «Neftçi» klubu tərəfindən xüsusi futbol geyimləri də hazırlanıb ki, sabah onların azarkeşlərə təqdim olunacağı gözlənilir.
«Biz azarkeşlərimiz üçün sürprizlər hazırlamışaq. Bunu indidən açıqlamaq istəmirik. Təkcə «Neftçi»nin deyil, bütün klublarımızın azarkeşlərini sabah Respublika stadionuna dəvət edirik» - deyə T.Süleymanov bildirib.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi