“Komandada hər şey qaydasındadır. Buna baxmayaraq, qələbə qazana bilməməyimizin səbəbini söyləməkdə çətinlik çəkirəm. Sanki bəxt bizdən üz döndərib. İstər Latviya, istərsə də Macarıstanla matçlarda yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmədik”.
QOL.az xəbər verir ki, bu sözləri milli komandamızın yarımmüdafiəçisi İsmayıl İbrahimli jurnalistlərə deyib.
O, millimizin Macarıstana 1:2 hesabı ilə uduzduğu yoxlama görüşünü belə şərh edib: “Rəqibin güclü olduğu məlumdur. Macarıstan yığmasının heyətində ulduz futbolçular var. Buna baxmayaraq, yaxşı mübarizə apardıq, sonadək əlimizdən gələni etdik. Məğlub olmaya bilərdik. Təəssüf ki, matçın sonlarında əlimizdə düşən qol fürsətlərini dəyərləndirə bilmədik”.
İbrahimli millimizin baş məşqçisi Fernandu Santuş barədə müsbət fikirlər səsləndirib: “Santuşun öz oyun fəlsəfəsi var. Hər zaman bizi qələbəyə kökləyir. Qarşıdan DÇ-2026-nın seçmə mərhələ oyunları gəlir. Qrupdakı rəqiblərimiz çox güclüdürlər. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik”.
27 yaşlı futbolçu “Zirə”nin başa çatmaqda olan mövsümdəki çıxışını da dəyərləndirib: “Mövsümü ikinci pillədə başa vurduq. Bu, yaxşı nəticədir. UEFA Konfrans Liqasında çıxış edəcəyik. Püşkatmadan çox şey asılıdır. Komandanın turnirdəki perspektivi barədə püşkatmadan sonra danışmaq olar. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu