Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin İngiltərənin Çempionşip təmsilçisi "Hall Siti"nin maraq dairəsinə düşdüyü iddia olunur.
QOL.az xəbər verir ki, bu barədə İngiltərənin "Hall Live" nəşri məlumat yayıb.
"Hall Siti" türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur. Qeyd edilir ki, tezliklə bu klubun baş məşqçisi vəzifəsinə gətiriləcəyi gözlənilən Sergey Yakiroviç Mahir Emreli ilə "Dinamo" Zaqrebdə birgə çalışıb.
Məlumata görə, iyunun 30-da Emrelinin "Nürnberq" klubu (Almaniya) ilə müqaviləsi başa çatır. Məhz bundan sonra "Hall Siti" Mahiri azad agent qismində heyətinə cəlb etmək istəyir.
Bildirilir ki, Emreli mərkəz hücumçusu olsa da, ön xətdə hər iki cinahda da oynaya bilir. "Hall Siti" mövsüm ərzində zəif hücum xəttini gücləndirmək məqsədilə məhz bu çevikliyi nəzərə alır. Qeyd edilir ki, Emreli Çempionlar Liqası və Avropa Liqası daxil olmaqla, Avropa yarışlarında da geniş təcrübəyə malikdir.
Keçən mövsüm "Hall Siti" yalnız 44 qol vurub və bu, liqanın ən zəif göstəricisidir. Komanda son turda aşağı liqaya düşməkdən çətinliklə xilas olub. Komandanın ən məhsuldar oyunçusu Joao Pedro cəmi altı qolla yadda qalıb.
Hücum xəttinin gücləndirilməsi hazırda idman direktoru Jared Dublin və yaxınlarda transfer rəhbəri təyin olunan Martin Hodge üçün əsas prioritet hesab olunur.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu