AFFA-nın 17 yaşlı futbolçular arasında təşkil etdiyi Azərbaycan çempionatında biabırçı hadisə baş verib.
Qol.Az-ın məlumatına görə, U-17 liqasının mayın 11-də keçirilməsi nəzərdə tutulan 8 oyunundan 3-ü baş tutmayıb.
AZAL – MOİK matçında MOİK klubu, “Turan” – “İnter” matçında “İnter” klubu, “Xəzər Lənkəran” – “Simurq” matçında isə “Simurq” klubu iştirak etməyib. Bu səbəbdən adları çəkilən komandaların hər üçünə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Maraqlıdır ki, eyni hal növbəti turun oyununda da baş verib. Mayın 15-də MOİK – ROİL matçında MOİK klubu, “Qarabağ” – “MKT Araz” matçında “MKT Araz” klubu, “Bakı” – “Turan” matçında isə “Turan” klubu iştirak etməyib. AFFA-nın İntizam Komitəsi oyunda iştirak etməyən klublara 0:3 hesablı texniki məğlubiyyət verib.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi