2 gün əvvəl "Zenit"in qadınlardan ibarət komandası ilə Rusiya Superkubokunu qazanan Nigar Mirzəliyeva bu uğu haqqında danışıb.
QOL.az xəbər verir ki, müdafiəçi AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
AFFA-nın rəsmi saytına müsahibə verən millimizin futbolçusu həm qazandığı uğurla bağlı təəssüratlarını bölüşüb, həm də gələcək planlarından bəhs edib.
- Rusiya Superkubokunun qalibi olmaq necə hissdir?
- Rusiyada artıq ikinci dəfədir Superkubokun qalibi oluruq. Buna görə çox sevincliyik. “Lokomotiv”lə Superkubok matçına əvvəlki oyunlarda olduğu qaydada ciddi hazırlaşmışdıq. Bu uğurda qızların və məşqçilərin çox böyük əməkləri var. Komanda olaraq xarakter göstərərək qələbə qazandıq.
- “Lokomotiv”lə görüşdə sizin üçün ən yaddaqalan an hansı oldu?
- Mənim üçün ən yaddaqalan məqam komanda şəklində xarakter göstərməyimiz oldu. Birinci hissə qolsuz bərabərliklə yekunlaşdı. Ancaq ikinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, əzmkar oyun sərgilədik və qalib gəldik.
- “Rubin”dəki çıxışınızı da nəzərə alsaq, artıq 4 ildir karyeranızı Rusiyada davam etdirirsiniz. Oradakı stabil oyunu nəyə borclusunuz?
- “Zenit”də üçüncü mövsümümü keçirirəm. Futbola böyük sevgim var. Uğurlu çıxışlarımı da buna borcluyam. Fikrimcə, əgər bir işi sevərək edirsənsə, mütləq uğur qazanacaqsan. İşimi çox sevirəm, məşqlərimi ciddi edirəm. Bu da uğur əldə etməyimə kömək olur. Həm millidə, həm də “Zenit”də bunun davamlı olması üçün lazım olan hər şeyi edəcəyəm.

- Gələcək planlarınız nələrdir? Nəzərə alsaq ki, cəmi 23 yaşınız var, daha böyük liqalarda oynamaq istəmirsiniz?
- Əlbəttə ki, daha böyük liqalarda çıxış etmək əla olar. Avropanın aparıcı futbol ölkələrində oynayan Azərbaycanın ilk qadın futbolçusu olmaq istəyərəm.
- Həmin ölkələrdən təklifləriniz var?
- Bəzi klublardan təkliflər almışam. Həmçinin “Zenit” də yeni müqavilə təklif edib. Lakin hələlik düşünürəm. Avropanın güclü klublarından dəvət gəlsə, mütləq dəyərləndirəcəyəm.
- Azərbaycanda qadın futbolunun inkişafını necə qiymətləndirirsiniz?
- Azərbaycanda qadın futbolu yeni inkişaf etməyə başlayıb. Artıq müəyyən uğurlar qazanırıq. Ölkəmiz, bayrağımız üçün vuruşuruq.
- Qadın futbolçulardan ibarət milli komandamız 2026-cı ildə yenidən UEFA Millətlər Liqasında mübarizə aparacaq. Bu dəfə hədəf nə olacaq?
- Gələnilki Millətlər Liqasında mütləq uğurlu çıxış edəcəyik. Qrupumuza hansı komandalar düşəcəksə, mütləq ciddi hazırlaşıb, qalib olmağa çalışacağıq. Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq. Komandamıza güvənirəm, bunu bacaracağıq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu