Macarıstan yığmasının baş məşqçisi Marko Rossi sabah Bakıda Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq oyunu haqda bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis həm Macarıstanın, həm də Azərbaycanın bu matçda qalib gəlmək istədiyini vurğulayıb:
"Bu oyun İsveçlə görüşdən fərqli olacaq. Rəqib də qalib gəlmək istəyir. Son 5 matçda 2 heç-heçə ediblər. Biz isə son görüşdə İsveçə uduzmuşuq. Aydın məsələdir ki, Azərbaycan bizimlə oyunda nəticə qazanmağa çalışacaq".
O, Azərbacan millisinin baş məşqçisi Fernandu Santuşdan da danışıb: "Fernandu Santuş həm milli, həm də klub səviyyəsində yaxşı məşqçidir. Onunla 2021-ci ildə qarşılaşdıq və uduzduq (0:3). O, güclü Portuqaliya komandası ilə çalışıb. Biz kiçik komandadan yox, Portuqaliyadan danışırıq. O, milli ilə 2016-cı ildə Avropa çempionu olub".
Marko Rossi qapıçı seçimindən də söz açıb: "Yoldaşlıq oyunlarında bütün qapıçılara şans veririk. Denes Dibuş səhv etdiyi üçün kənarda qalmayacaq. Sadəcə sabah start heyətində Balaş Tot olacaq. Çünki onu da görmək istəyirik".
Baş məşqçi taktiki dəyişiklik edib-etməyəcəkləri barədə suala da cavab verib: "Heyətdə bəzi dəyişikliklər edəcəyik. İlk "11-lik"də də dəyişikliklər olacaq. Bunu əvvəldən planlaşdırmışdıq. Yəni, bu, İsveçə məğlubiyyətə görə deyil".
Marko Rossi "6 il əvvəl Azərbaycanla qarşılaşmışdınız. O vaxtdan bəri nə dəyişib" sualını cavablandırıb: "Çox şey dəyişib. Yeni komandanız var. Bəlkə də həmin matçda oynayan, indi heyətdə qalan bir neçə futbolçu var. Ümumilikdə komanda fərqlidir. Bakıda problemsiz 2:0 hesabı ilə qalib gəldik. Ancaq evdə Azərbaycanı məğlub etmək çətindir. Biz top komanda deyilik və heç kimə yuxarıdan aşağı baxmırıq".
O, Azərbaycanla oyunda topa sahiib olmağa çalışacaqlarını deyib: "Azərbaycan bizim DÇ-2026-nın təsnifat mərhələsindəki rəqiblərimizə güc baxımdan yaxın komanadır. Çalışacağıq ki, topa daha çox sahib olaq. Demək istəmirəm ki, oyuna biz hakim olacağıq. Yox. Amma biz İsveçlə və Türkiyə ilə əvvəlki matçlara baxdıqda görürük ki, topa kifayət qədər sahib olmuşuq. Lakin bu heç nədir. Çünki qol vurmalısan. Biz təəssüf ki. qol vura bilmədik".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu