"Neftçi"də Mpenza şoku!

"Neftçi"də Mpenza şoku!
ÖLKƏ FUTBOLU 16 May 2011 / 22:43 3542
-  A +

Azərbaycan çempionu "Neftçi" mayın 18-də "Xəzər Lənkəran"la keçirəcəyi prinsipial oyun öncəsi şok itki ilə üzləşib. Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az-a açıqlamasında belçikalı hücumçu Emil Mpenzanın zədələndiyini bildirib.

Onun sözlərinə görə, Mpenza bugünkü məşqdə əzələsini dartıb. 33 yaşlı forvard ən azı 3 həftəyədək sıradan çıxıb: "Emil tam sağalmaq üçün bir müddət özünü gözləməli idi. Lakin o, məşqə qatılaraq yenidən zədələnib".

 

Daha çox


Son xəbərlər