İtaliya böyük hesabla uduzdu, Xorvatiyadan 7 cavabsız qol - DÇ-2026

İtaliya böyük hesabla uduzdu, Xorvatiyadan 7 cavabsız qol - DÇ-2026
DÇ-2026 7 İyun 2025 / 00:42 3336
-  A +

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 6 matç keçirilib.

I qrupunda yer alan İtaliya seçmə mərhələdə ilk oyununda qrup lideri Norveçlə qarşılaşıb. İlk hissədə 3 dəfə rəqib qapısına yol tapan Norveş yığması böyük hesablı qələbə qazanıb.

J qrupunda isə Belçika ilk sınağına çıxıb. Komanda qrup lideri Şimali Makedoniya ilə səfərdə heç-heçə edib.  

Xorvatiya isə seçmə mərhələdəki ilk oyununda Cəbəllütariqi darmadağın edib.

Xatırladaq ki, D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq  Azərbaycan millisi seçmə mərhələ oyunlarına sentyabrda start verəcək.

6 iyun

DÇ-2026: Seçmə mərhələ, Avropa zonası

I qrupu

Norveç – İtaliya - 3:0

Qollar: Alexander Sorloth 14, Antonio Nusa, 34, Erlinq Haaland, 42

Estoniya – İsrail - 1:3

Qollar: Mattias Kait, 31 (1:0), Dan Biton, 39 (1:1); 49 (1:2), Mohammed Abu Fani, 90-pen. (1:3)

Xal durumu: Norveç – 9, İsrail - 6, Estoniya – 3, İtaliya – 0, Moldova – 0.

J qrupu

Uels – Lixtenşteyn - 3:0

Qollar: Joe Rodon, 40, Harri Vilson, 66, Kieffer Mor, 69

Şimali Makedoniya – Belçika - 1:1

Qollar: Maksim De Kyuper, 28 (0:1), Ezgjan Aloski, 86 (1:1)

Xal durumu: Uels – 7, Şimali Makedoniya – 5, Qazaxıstan – 3, Belçika – 1, Lixtenşteyn – 0.

L qrupu

Çexiya - Monteneqro - 2:0

Qollar: Adam Hlozek, 23, Patrik Şik, 65

Cəbəllütariq - Xorvatiya - 0:7

Qollar: Mario Paşaliç, 28, Ante Budimir, 30, Franjo İvanoviç, 60; 63, İvan Perişiç, 73, Andrey Kramariç, 77; 80

Xal durumu: Çexiya – 9, Monteneqro – 6, Xorvatiya – 3, Farer adaları – 0, Cəbəllütariq – 0.

Daha çox


Son xəbərlər
05.06.25  21:59

"Yuventus"dan ayrıldı

05.06.25  20:50

"Şamaxı"da ayrılıq

05.06.25  15:55

"Arsenal"dan "Latiso"ya