Ukraynanın futbol üzrə milli komandasının baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Pükün nəticəsinə əsasən, Ukrayna D qrupunda Fransa - Xorvatiya cütünün qalibi, İslandiya və Azərbaycan komandası ilə yarışacaq.
QOL.az xəbər verir ki, Ukrayna Futbol Federasiyasının saytına danışan 50 yaşlı mütəxəssis deyib:
“Bütün rəqiblərimiz çətindir. Düşünürəm ki, onların hər biri ilə oynaya bilərik. Bəli, birinci səbətdən bizə Fransa və ya Xorvatiya düşəcək. Məncə, fransızlar favoritdir, amma görəcəyik. Hazırlaşıb mübarizə aparacağıq. Fransızların reytinqi daha yüksəkdir, amma Xorvatiyanın oyunlarına baxmışam və başa düşürəm ki, o da çox ciddi komandadır. Təsnifat mərhələsi başlamazdan əvvəl ayrılmış vaxtdan yararlanmalı və hər bir rəqibə yaxşı hazırlaşmalıyıq.
İslandiyada oynamaq çox çətin olacaq, çünki bu komanda evdə güclü çıxış edir. Son vaxtlar islandiyalılar xeyli təkmilləşiblər. Onların bir çox oyunçusu yüksək səviyyəli çempionatlarda oynayır”.
Rebrov bildirib ki, o, Ukrayna millisində oynadığı vaxtlar Azərbaycan millisi ilə qarşılaşmayıblar: “Amma onların bir çox oyununu izləmişik”.
Rebrov bildirib ki, iyun ayında iki yoldaşlıq oyunu keçirməyi planlaşdırırlar: “Amma indi danışıqlar gedir, ona görə də bu görüşlərlə bağlı konkret heç nə deyə bilmərik. Sadəcə qeyd edim ki, 2026-cı il dünya çempionatına hazırlaşmağa kömək edəcək rəqibləri seçəcəyik”.
Ukraynada müharibə səbəbindən milli komanda rəqiblərini başqa ölkələrdə qəbul edir. Bəs, Ukrayna Azərbaycan millisi ilə matç da daxil olmaqla ev oyunlarını harada keçirəcək?
Bu haqda danışan Rebrov bildirib: “İndi qrupdakı rəqiblərimizi harada qəbul edəcəyimizi dəqiq bilmirik. Hazırda Millətlər Liqasında Belçika ilə ev matçını dəqiq harada keçirəcəyimiz belə müəyyən olunmayıb. Danışıqlar davam edir”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video