Xorvatiya futbol millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2026-nın seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
Püşkün nəticəsinə əsasən, Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa - Xorvariya cütünün qalibi D qrupunda Ukrayna, İslandiya və Azərbaycan komandaları ilə mübarizə aparacaq. Cütün məğlubu isə Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariqin yer aldığı L qrupunda yarışacaq.
QOL.az-ın xəbərinə görə, Daliç püşklə bağlı fikirlərini Xorvatiya Futbol Federasiyasının saytına açıqlayıb. O deyib:
“Belə qeyri-adi püşkü şərh etmək çətindir. Ona görə ki, biz heç əslində kiminlə oynayacağımızı belə bilmirik. Ola bilsin ki, ilk baxışdan kağız üzərində D qrupu daha narahat görünür. Nəzərə almalıyıq ki, orada çox güclü Ukrayna millisi və İslandiya ilə Azərbaycana iki uzun səfər var. Amma hər iki qrupda yüksək keyfiyyətli və iddialı komandalar yer alıb. Hansılar ki, dünya çempionatına çıxmaq istəyirlər”.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi