Uzun müddətli fasilədən sonra Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçularından olan Rəşad Sadiqov yenidən milli komandaya çağırılıb.
Qol.Az-ın məlumatına görə, baş məşqçi Berti Foqtsun Bakıda keçirəcəyi təlim-məşq toplanışına dəvət etdiyi 22 futbolçu arasında Rəşad Sadiqovun da adı var.
Milliyə yenidən çağırılması barədə ilk xəbəri Qol.Az-dan eşitdiyini deyən Sadiqov dəvətin onun üçün gözlənilməz olmadığını söyləyib. O, milli komandaya gec çağırılmasına görə incikliyini gizlətməyib:
"Foqtsun indiyədək məni çağırmaması və indidən dəvət etməsi bilmirəm nə dərəcədə doğrudur. Açığı, mən milliyə dəvət almadığıma görə incimişdim. Hərçənd, indi yenidən yığmaya çağırılmışamsa, o demək deyil ki, komandamıza kömək etməyəcəyəm. Canla-başla milli komandamıza kömək etməyə hazıram. İncikliyin bura aidiyyatı yoxdur" - deyə Sadiqov bildirib.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi