Məlum olduğu kimi, “Eurovisin-2012” Mahnı müsabiqəsi Azərbaycanda baş tutacaq.
Artıq indidən müsabiqənin hansı məkanda keçiriləcəyi ilə bağlı fikirlər səslənir. Sadalanan variantlar sırasında ilk yerlərdə Tofiq Bəhramov adına Respublika stadionu gəlir. Çünki bura həm şəhərin mərkəzində yerləşir, həm də ölkədə hələlik ən çox tamaşaçı tutumu olan məkandır.
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov belə bir ehtimalı Lent.az-a açıqlamasında istisna etməyib. O, “Eurovision-2012” müsabiqəsinin bu stadionda keçirilə biləcəyini deyib. Lakin direktor bunun üçün müəyyən işlərin görülməli olduğunu vurğulayıb: “Hələ ki bizə bu barədə bir söz deyilməyib. Çoxları real variant olaraq Respublika stadionunun adını çəkir.
Çünki bura 30 min tamaşaçı tutur. Amma hər şey qərardan asılıdır. Belə bir qərar verilsə, müsabiqə burada keçirilsə, əlbəttə, burada müəyyən işlər görülməlidir. İlk növbədə arenanın üstü bağlanmalıdır. Bundan başqa, oturacaqlar dəyişdirilməli və digər təmir işləri həyata keçirilməlidir. Görüləcək xeyli iş var.
Onsuz da stadionda təmir işlərinin görülməsi nəzərdə tutulmuşdu. Hətta bu məqsədlə bir neçə ay öncə İtaliya və Türkiyə arxitektorları stadiona gəlib buranın vəziyyəti ilə tanış oldular. Onlar təmir işlərini 6-7 aya yekunlaşdıra biləcəklərini dedilər. Mənə elə gəlir ki, yaxın bir həftə ərzində müsabiqənin harada keçiriləcəyi dəqiq məlum olacaq”.
Anri mükafatlandırıldı
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar