Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun QOL.az saytına müsahibəsi
- Finalda Macarıstanı məğlub edən (4:2) minifutbol millimiz Bakıda keçirilən dünya çempionatının qalibi oldu. Milli komandamızın çempionluğunu necə şərh edərdiniz?
- Bu, Azərbaycan minifutbolu üçün tarixi hadisədir. Turnir boyu milimizi dəstəkləyən hər bir azarkeşə minnətdaram. Azərbaycan dövlətinin Prezidentinə, hökumətinə təşəkkür edirəm ki, bu yarışın keçirilməsi üçün belə yaxşı şərait yaradıblar. Əlbəttə ki, dövləti dəstəyi olmadan bu qələbə mümkün deyildi. Futbolçulara, məşqçi heyətinə minnətdaram. Onlar bu dünya çempionatında demək olar ki, səhvsiz çıxış etdilər. İnanırıq ki, bu çempionluq bizi daha böyük qələbələrə aparacaq. Dünya kubokunun məhz Bakıda, öz azarkeşlərimiz önündə qazanılması bizim üçün əlavə gücdür.
- Çempionluqdan dərhal sonra ABŞ səfirliyi millimizi təbrik etdi. Bu, milli komandamızın çempionluğunun miqyasının böyüklüyünü göstərirmi?
- Bizim qələbəmiz çox böyükdür. Bu, danılmaz bir faktdır. Dünya çemponatında zəiflər olmur. Biz hələ Avropa çempionu olarkən cənab Prezident bizi qəbul etmişdi, dəstək olmuşdu, maliyyə dəstəyi göstərmişdi. Bu gün qazanılan çempionluqda bütün bunların payı var.
- Demək olar ki, minifutbolda əsas hədəfə çatdınız?
- Cavan federasiyayıq. Ona görə də hədəflərimiz çoxdur. Minifutbolu başqa səviyyəyə çatdırmaq istəyirik. Uşaqların, gənclərin minifutbola cəlb olunması hədəflərimizdən biridir.
- Bir müddətdir ki, minifutbol federasiyası üçün stadion tikilməsi məsələsi müzakirə edilir. Dünya çempionluğu arenanın inşasını tezləşdirə bilər?
- Əlbəttə. Biz buna inanırıq.
- Yüksək səviyyəli təşkilatçılıqdan sonra minifutbolun FİFA tərəfindən qəbul olunması nə dərəcədə mümkündür?
- Biz çalışacağıq ki, qəbul olunsun. Dünya Minifutbol Federasiyasının rəhbərliyi ilə də bu məsələni müzakirə edirik.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun