Braziliya A seriyasının 11-ci turu çərçivəsində "Santos" "Botafoqo" ilə qarşılaşıb.
QOL.az xəbər verir ki, matçda "Botafoqo" 1:0 hesabı ilə qalib gəlib.
"Santos"un formasını geyinən Neymar bu görüşdə meydandan qovulub. 76-cı dəqiqədə 33 yaşlı futbolçu topu əli ilə rəqib qapısına göndərib. Bu hərəkətinə görə Neymar ikinci sarı vərəqəni alıb.
Qeyd edək ki, Neymar bu ilin yanvarında sabiq klubu "Santos"a qayıdıb.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video