"Bizi maraqlı oyun gözləyir. Kubokun final matçıdır. "Sabah" ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da məğlub olmalısan. Gərgin, maraqlı oyun olacaq".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunun finalında "Qarabağ"a qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.
Mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında komandanın heyətindən də danışıb: "Seymur Məmmədov zədəlidir. Qalan hər kəs düşərgədədir. Oyunun əhəmiyyətini bilirik. Bir aydır ki, bu matça hazırlaşırıq. Hər kəs qaydasındadır".
O, "Uğursuz nəticə olacağı təqdirdə, komandadan göndəriləcəyiniz iddia edilir. Hətta namizəd də bəllidir. Vacib oyunöncəsi bu xəbərlər sizə necə təsir edir" sualına belə cavab verib: "Bu, bizə heç bir təsir etmir. Hamımız kuboka köklənmişik. Bunları kubokun finalından sonra danışmaq olar. Düzü, mən mətbuatı oxumuram. Bu cür xəbərlər özümə təsir etmir".
Mütəxəssis finalda uduzacaqları halda vəzifəsindən istefa verib-verməyəcəyi haqda sualı cavablandırıb: "Bu barədə danışmaq üçün hələ tezdir. Təyin olunandan bir həftə sonra istefaya getməliydim. Gözləyək, sonra bu barədə danışarıq".
V.Berezutski final oyununun özəlliyindən söz açıb: "Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən".
Vasili Berezutski "Sabah"a baş məşqçi təyin edildikdən sonra paytaxt təmsilçisi Ağdam klubuna uduzmayıb. Mütəxəssis bunu xüsusi psixoloji üstünlük hesab etmədiyini bildirib: "Bunu həm üstünlük, həm də zəiflik hesab etmək olar. "Qarabağ" da motivasiyalı olacaq. Onlar üçün də önəmlidir. Şanslar 50/50-dir. "Qarabağ" favorit sayılır. Güllə açılmamış yıxılmaq lazım deyil".
O, "Leonid Slutski ilə birlikdə uzun müddət işləmisiz. O da təcrübəli və sizə yaxın biridir. Maraqlıdır, "Qarabağ"ı necə məğlub etmək barədə onunla heç söhbətiniz olub" sualına cavab verib: "Deyə bilərəm ki, yox. Amma ümumi anlar var ki, məşqçilər olaraq aramızda müzakirə edirik. Fərdi olaraq bir şey yoxdur ki, məhz bununla rəqibə qalib gələ bilərik".
V.Berezutski "Qarabağ"a qalib gəlib avrokuboklara vəsiqə qazanacaqları halda heyətdə dəyişiklik edib-etməyəcəkləri haqda da danışıb: "Oyuna iki gün qalıb. Oyunla yaşayırıq. Gələcəkdə necə olacaq, onu bilmirəm. Qalib də gələ bilərik, uduza da bilərik. Necə olacağını finalda görəcəyik".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək