Berti Foqts: "Bakıya gələcək avropalılar çox təəccüblənəcək"

Berti Foqts: "Bakıya gələcək avropalılar çox təəccüblənəcək"
ÖLKƏ FUTBOLU 16 May 2011 / 12:35 2932
-  A +

Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision" mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın qələbəsi Almaniyada böyük əks-səda doğurub. Qol.Az-ın məlumatına görə, almanlar bu haqda Azərbvaycan milli komandasının baş məşqçisi Berti Foqtsun da fikirlərini öyrəniblər.

-Bu qələbə Azərbaycana nə verdi?

-Çox şey verdi. İlk növbədə bu Azərbaycan üçün bir şərəfdir. Təbii ki, gözlənilən qələbə idi. Azərbaycan kiçik dövlətdir. Lakin hər zaman uğur qazanmaq üçün alışıb yanır. Biz AÇ-2012-nin seçmə mərhələsində Türkiyəyə qalib gəldiyimiz zaman da bütün Azərbaycan bunu bayram edirdi.

-Necə düşünürsüz Azərbaycan bunu Almaniya ilə oyunda edə biləcəkmi?

-Əlbəttə ki, Bakıda qələbə qazanmaq istəyirik. Lakin bu bir qədər inandırıcı görünməsə də, futbolda hər şey mümkündür. Azərbaycan şahmatda güclü ölkədir, lakin futbolda bir qədər axsayır. Bununla belə, biz xüsusi bir layihə üzrə çalışırıq və inanıram ki, bu yaxın gələcəkdə öz bəhrəsini verəcək. 

-Yenidən qayıdaq musiqiyə. Sizcə, Azərbaycan gələn il "Eurovision" mahnı müsabiqəsini yüksək səviyyədə təşkil edə biləcək?

-Əlbəttə. Burada hər cür infrastruktur var. Qərbi avropalılar ilk dəfə Azərbaycana gəldikdə olduqca təəccüblənəcəklər. Çünki Azərbaycan durmadan inkişaf edir. Bakı Xəzər dənizinin qoynunda yerləşir  və çox gözəl mənzərəsi ilə fərqlənir. Bu ölkənin çox böyük təbii sərvətləri və eyni zamanda qayğıkeş prezidentləri var.

-Lakin Azərbaycanın qonşuları ilə siyasi problemləri var. Bu haqda nə deyə bilərsiniz? 

-Bilirəm. Əsasən də Ermənistanla. Azərbaycan ərazisinin müəyyən bir hissəsi Ermənistan tərəfindən işğal edilib və hazırda onların nəzarəti altındadır. Mən inanıram ki, Azərbaycan 2012-ci ildə çox möhtəşəm bir mahnı müsabiqəsi təşkil edəcək ki, bu da ölkənin beynəlxalq aləmdə tanınması üçün çox əlverişli olacaq.

-Eldar və Nigarın ifa etdikləri musiqini necə dəyərləndirisiniz?

-Bu mahnı mənim stilim deyil. Lakin həmin musiqi Avropanın rəğbətini qazandı və Almaniyada qalib oldu. 

Daha çox


Son xəbərlər