Misli Premyer Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
QOL.az-ın xəbərinə görə, İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğu nəticəsində “Qarabağ” klubunun Kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade bu ada layiq görülüb.
Səsvermədə bu mövsüm 10 iştirakçı komandanın heyətində Premyer Liqanın oyunlarında çıxış etmiş futbolçulardan 195-i, eləcə də 10 baş məşqçidən 9-u olmaqla, ümumilikdə 204 respondent iştirak edib.
Onlardan 59-u Leandro Andradeyə səs verib. “Zirə”nin Qvineya-Bisaudan hücumçusu Salifu Suma 52 səslə ikinci, Premyer Liqanı tərk edən “Səbail” komandasının yarımmüdafiəçisi Rüfət Abdullazadə 9 səslə üçüncü yeri tutub.
Baş məşqçilərdən yalnız Kurban Berdıyev (“Turan Tovuz”) qərar verməkdə çətinlik çəkdiyini bildirib.
Respondentlər ümumilikdə 40 futbolçuya səs veriblər.

İqor Ribeyro (“Araz-Naxçıvan”) və Yassin Benzia (“Qarabağ”) hərəyə 8, Emin Mahmudov (“Neftçi”), Marko Yankoviç (“Qarabağ”) və Ruan Renato (“Zirə”) hərəyə 5, Toral Bayramov (“Qarabağ”) 4, Nəriman Axundzadə (“Qarabağ”), Abdullah Zubir (“Qarabağ”) və Rza Cəfərov (“Neftçi”) hərəyə 3, Cesse Sekidika (“Sabah”), Umarali Raxmonaliyev (“Sabah”), Davit Volkov (“Zirə”), Qismət Alıyev (“Zirə”), Edqar Adilxanov (“Şamaxı”), Rafael Məhərrəmli (“Şamaxı”), Elvin Cəfərquliyev (“Qarabağ”), Kristian Avram (“Araz-Naxçıvan”), Rauf Hüseynli (“Kəpəz”), Ağadadaş Salyanski (“Neftçi”), Əlirza Müştəbazadə (“Səbail”), Faiq Hacıyev (“Turan Tovuz”), hərəyə 2 səs alıb.
Məqsəd İsayev (“Zirə”), İssa Cibrila (“Zirə”), İsmayıl İbrahimli (“Zirə”), Anar Nəzirov (“Zirə”), Aydın Bayramov (“Zirə”), Coy-Lens Mikels (“Sabah”), Nicat Mehbalıyev (“Sabah”), Murad Xaçayev (“Sumqayıt”), Elvin Bədəlov (“Sumqayıt”), Leroy Mikels (“Şamaxı”), Rüfət Abbasov (“Şamaxı”), Rojerio Santos (“Kəpəz”), Denis Marandiçi (“Turan Tovuz”), Mateus Silva (“Qarabağ”), Hüseynəli Quliyev (“Səbail”), Urfan Abbasov (“Araz-Naxçıvan”) hərəyə 1 səs qazanıb.
Qaydalara əsasən, rəyi soruşulanlar öz komandaları istisna olmaqla, digər 9 klubun futbolçuları arasında seçim ediblər.
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusu İdman Araşdırmalar Mərkəzi tərəfindən 2018-ci ildən seçilməyə başlayıb. Əvvəlki mövsümlərdə Cavid İmamverdiyev (2017/2018), Emin Mahmudov (2018/2019), Abdullah Zubir (2019/2020), Namik Ələskərov (2020/2021), Kadi Borges Malinovski (2021/2022) və Aleksey Kaşuk (2022/2023) ən yaxşı seçilib. 2023/2024 mövsümündə isə səsvermə keçirilməyib.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi