“İnamımız var idi. Çünki bu günə qədər komandamız əzm nümayiş etdirmişdi. Oyundan qabaq demişdim ki, sakit olmaq lazımdır. Rəqib dünya çempionu idi. Bununla belə, biz onlardan heç də geri qalmırdıq”.
Bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının 1/8 finalında Rumıniya üzərində qazanılan qələbəni şərh edərkən deyib.
O, millimizin tarixi qələbə qazandığını vurğulayıb: “Birinci hissədə komandada bir qədər gərginlik var idi. Lakin uşaqlar fasilədən sonra özlərinə gəldilər. Xüsusilə penaltilərdə özünəinam yaranmışdı. Hesab edirəm ki, biz tarixi qələbə qazandıq. Dünya çempionlarını məğlub etdik. Bununla belə, arxayınlaşmaq olmaz. Qarşıda bizi daha ciddi oyunlar gözləyir”.
Federasiya prezidenti millimizin qələbəsinin layiqli olduğunu qeyd edib: “Təbii ki, penaltilər seriyası lotoreyadır. Son Avropa çempionatında 1/4 finalda Qazaxıstana penaltilər seriyasında uduzmuşduq. Bu dəfə penaltilərə hazırlaşmışdıq, həm psixoloji, həm texniki cəhətdən. Millimiz əzmlə, zəhməti hesabına layiqli qələbə qazandı”.
O.Məmmədov növbəti mərhələdəki rəqib barədə də fikirlərini bölüşüb: “Qarşıda bizi daha çətin oyun gözləyir. İngiltərə millisi güclü rəqibdir. Ümumiyyətlə, 1/4 finalda asan rəqib olmur. Komandaya ümidimiz var. Doğma azarkeşlərimiz önündə oynayırıq. Bu, az da olsa üstünlükdür”.
Minifutbol federasiyasının rəhbəri azarkeşlərə çağırış edib: “Fürsətdən istifadə edib azarkeşlərə, fan klublara təşəkkürümü bildirirəm. Zal coşqudan partlayırdı. Oyuna bir neçə saat qalmış bütün biletlər satılmışdı. Bu, insanların minifutbola, Azərbaycan millisinə olan sevgisini göstərir. Çox istərdim ki, azarkeşlər İngiltərə ilə matçda da komandamıza bu cür möhtəşəm dəstək olsunlar”.
O, “Ötən il rəhbəri olduğunuz “Zirə” futbol klubu UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində penaltilər seriyasında qələbə qazanmışdı. Həmin matçda daha çox həyəcanlanmışdınız, yoxsa Rumıniya ilə görüşdə?” sualını belə cavablandırıb: “Həmin görüş yadımdadır. Qələbə sayəsində pley-off mərhələsinə yüksəlmişdik. Eyni hisslərdir. Sadəcə fərq ondadır ki, burada sevinməyə çox vaxt olmur. Artıq növbəti matçları düşünməlisən. Belə qələbələrə görə futbolu sevməyə, inkişaf etdirməyə dəyər”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi