"Araz-Naxçıvan" iki futbolçu ilə müqaviləni uzatdı

"Araz-Naxçıvan" iki futbolçu ilə müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 28 May 2025 / 12:15 1227
-  A +

Baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” iki futbolçu ilə də yeni müqavilə imzalayıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.

Qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə olunub. 

Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.


Son xəbərlər