AFFA-dan Eurovision təbriki

AFFA-dan Eurovision təbriki
ÖLKƏ FUTBOLU 15 May 2011 / 13:46 2874
-  A +

AFFA-nın rəhbərliyi "Eurovision-2011" Beynəlxalq Mahnı Müsabiqəsində birinci yeri tutmuş Azərbaycan təmsilçiləri Eldar Qasımov - Nigar Camal duetini təbrik edib. Qol.Az-ın məlumatına görə, təbrikdə deyilir:  

"Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" Beynəlxalq Mahnı Müsabiqəsində ölkəmizi layiqincə təmsil edərək birinci yeri tutması münasibətilə AFFA-nın rəhbərliyi futbol ictimaiyyəti adından Eldar Qasımov və Nigar Camal duetini təbrik edir, bundan sonra da böyük yaradıcılıq uğurları arzulayır".

Qeyd edək ki, Eldar Qasımov - Nigar Camal dueti 221 xalla qalib olub.

Daha çox


Son xəbərlər