“Kəpəz”i Premyer Liqada Azər Bağırov saxladı. Özü də necə saxladı? Komanda oyunu ilə”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
78 yaşlı mütəxəssis ötən gün “Kəpəz”in baş məşqçi Azər Bağırovu istefaya göndərməsinə təəccübləndiyini və təəssüfləndiyini bildirib: “Çox qəribədir. Mən də mat-məətəl qalmışam ki, niyə onu komandadan göndərdilər. Axı “Kəpəz”i düzəltmişdi, öz oyunları var idi. Qələbələri də öz oyunları hesabına qazanırdılar. Birdən-birə niyə onu uzaqlaşdırdılar? Bu, o deməkdir ki, klublarımız azərbaycanlı məşqçilərə güvənmirlər. Əgər yerli məşçilərə güvənmirlərsə, onda niyə hər 2 ildən bir AFFA Pro kursları təşkil edir? Nəyə lazımdır bu? Bunu etməsinlər də. Bilək ki, bizdə yerli məşqçi yoxdur. Məşqçini ancaq xaricdən gətirirlər”.
A.Mircavadov “Kəpəz”də Azər Bağırova qarşı haqsızlıq olduğunu bildirib: “Azər Bağırovu komandanın ən çətin vəziyyətində dəvət etdilər. O da bu ağır yükü boynuna götürdü və işinin öhdəsindən çox uğurla gəldi. Deməli, bu adam öz işini davam etdirməyə layiq idi. “Kəpəz”in futbolçuları da Azər Bağırova inanırdılar. Bu, futbolda ən əsas amillərdən biridir. Baş məşqçi komandanı bir ailə kmi yığırsa, orda uğur başlayır. Hər komandada bunu yaratmaq olmur. Yəqin ki, Azər Bağırovun yerinə əcnəbi məşqçi gətiriləcək. Klubda yeni rəhbərlik var. Çox qəribədir ki, həmişə yeni gələn rəhbərlik, sponsor iki gözlə əcnəbi mütəxəssis axtarır. Heç olmasa gözün biri Azərbaycan tərəfə baxsın də. Vallah belə olmaz. Yerli məşqçilərimiz öz işlərini yaxşı bilirlər. SSRİ dönəmindən indiyə qədər klublarımıza baxsaq, görərik ki, bütün uğurlar yerli məşqçilərin adı ilə bağlıdır. Bəs niyə yerlilərə inanmırlar? Çox qəribədir. Amma mən inanıram ki, yaxın gələcəkdə bizim klublarımız öz səhvlərini başa düşəcəklər və yerli məşqçilərə güvənəcəklər. Mən buna əminəm”.
Ramiq Ağaməmmədov
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır