"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 36-cı turunda "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Bu oyundan öncə hər iki komanda qarşısına qoyulan məqsədə çatmışdı. Hər iki komandaya avrokuboklarda uğurlar arzulayıram. Aramızda çox yaxşı, prinsipli yarış keçdi. "Araz-Naxçıvan" 2-ci, biz 3-cü ola bilərdik. İki komanda da mövsümü eyni səviyyədə keçirdi. Bəzi oyunlarda bizim nəticələrimiz uğurlu alındı deyə rəqibimizi üstələdik. Maraqlı oyun oldu. İki komanda da istəkli idi. Əsas heyətin oyunçuları ilə oynadıq ki, onlar formalarını itirməsinlər. Futbolçularıma təşəkkür edirəm. Maraqlı və gərgin çempionat alındı. Mövsümün bitməsi münasibətilə futbol icmasını təbrik edirəm".
Mütəxəssis klubun Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun oyuna gəlməsindən də söz açıb: "Orxan müəllim futbolu sevən insandır. Minifutbol millimizin oyunu bitdikdən sonra bura gəldi. Matç bitəndən sonra futbolçulara mövsüm ərzində göstərdikləri göstəricilərə görə təşəkkür etdi. Buradan da çıxıb dərhal Rumıniya - Fransa matçına getdi. Çünki bu komandalardan biri 1/8 finalda millimizin rəqibi olacaq. Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir. Bu istək komandaya da keçir".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır