"Səbail"in baş məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 36-cı turunda "Sumqayıt"a 1:4 hesabı ilə uduzduqları oyundan danışıb.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında əvvəlcə "kimyaçılar"ı təbrik edib:
Premyer Liqadan düşməyimiz 3 tur əvvəl rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq çətindir. Düzdür, bu, bizim işimizdir. Nə qədər çalışsaq da, motivasiyanı saxlaya bilmirik. Birinci hissədə daha yaxşı oynadıq. İkinci hissədə "Sumqayıt" öz gücünü göstərdi. Bundan sonra qollar buraxdıq. Bizim üçün çempionat onsuz da bitmişdi. Bundan sonrakı dövrə baxacağıq".
Mütəxəssis heyətdəki itkilərdən də söz açıb: "Gitay Sofirin ayağında bir az problem var idi. Risk etmədik. Həm də gənc futbolçu Oruca şans verdik. Pis də oynamadı".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı