Bu gün Moldovanın paytaxtı Kişinyovda təşkil olunan "FA of Moldova Cup" turnirinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, turnirdə mübarizə aparan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son oyununda meydan sahibləri ilə görüşüb.
İlk oyunda Litva üzərində 2:1 hesablı qələbəyə sevinən millimiz ikinci görüşündə rumınlarla heç-heçə edib. Bununla belə, 4 xall turnir cədvəlinə başçılıq edən Azərbaycan yığmasını turnirin qalibi olmaq üçün bu görüşdə 1 xal da qane edirdi. Millimizin son oyununda tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb. Bununla da, Azərbaycan yığması "FA of Moldova Cup" turnirinin qalibi olub.
Qeyd edək ki, Təbriz Həsənovun komandası daha öncə Qazaxıstanda təşkil olunan "prezident kuboku"nun qalibi adına yiyələnmişdi.
Azərbaycan millisinin start heyəti: Əyyub Əliyev, Elvin Camalov, Şirməhəmməd Məmmədov, Sadiq Quliyev, Adil Nəbiyev, Kamran Abdullazadə, Kənan Manafov, Qurbanəli Əliyev, Orxan Əliyev, Ruslan Abdullayev, Seyran Məmmədov
14 may
14:30. Azərbaycan - Moldova - 0:0
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi