Di Mariya "Benfika"dan ayrılır

Di Mariya "Benfika"dan ayrılır
DÜNYA FUTBOLU 18 May 2025 / 13:06 923
-  A +

"Benfika"nın futbolçusu Anhel Di Mariya komandanı tərk edir.

QOL.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi artıq azarkeşlərlə vidalaşıb. O, sosial şəbəkə hesabındakı paylaşımında 34-cü turda ötən gün "Braqa" llə keçirilən matçda "Benfika" forması ilə son oyununa çıxdığını bildirib.

Qeyd edək ki, 2023-cü ildən "Benfika"da çıxış edən Di Mariyanın müqaviləsi iyunun 30-na qədərdir. O, bu mövsüm "Benfika"da 39 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır