Almaniya yığmasının heyəti açıqlandı

Almaniya yığmasının heyəti açıqlandı
ÖLKƏ FUTBOLU 12 May 2011 / 23:53 2735
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv mayın 29-da Uruqvayla yoldaşlıq görüşü, iyunun 3-də Avstriya, iyunun 7-də isə Azərbaycan yığmaları ilə Vyana və Bakıda keçirəcəkləri 2012-ci il Avropa çempionatının seçmə qrup matçları üçün heyəti açıqlayıb. Qol.Az-ın məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv qarşıdakı oyunlara 23 futbolçu çağırıb.

Onların arasında uzun fasilədən sonra "Bayer"dən dəvət alan Simon Rolfeslə Mönhenqladbax "Borussiya"sının 21 yaşlı yarımmüdafiəçisi Marko Reus da var. Əvəzində zədə üzündən Jerom Boatenq, Per Mertezaker və Hayko Vesterman siyahıda yoxdur. Löv qarşıdakı 3 görüşdə Mixael Ballaka da ehtiyac duymayıb.
 
Qapıçılar: Rene Adler ("Bayer"), Manuel Noyer ("Şalke 04"), Tim Vize ("Verder")

Müdafiəçilər: Dennis Aoqo ("Hamburq"), Holger Badştuber ("Bavariya"), Arne Fridrix ("Volfsburq"), Mats Hummels ("Borussiya" D), Filip Lam ("Bavariya"), Marsel Şmeltser ("Borussiya" D), Kristian Traş ("Ştutqart")

Yarımmüdafiəçilər: Sven Bender ("Borussiya" D), Mario Götse ("Borussiya" D), Sami Xedira ("Real", İspaniya), Toni Kros ("Bavariya"), Məsut Özil ("Real", İspaniya), Lukas Podolski ("Köln"), Marko Reus ("Borussiya" M), Simon Rolfes ("Bayer"), Andre Şürrle ("Maynts"), Bastian Şvaynştayger ("Bavariya")

Hücumçular: Mario Qomes ("Bavariya"), Miroslav Kloze ("Bavariya"). 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 22:00-da başlanacaq.   

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq