Ramin Musayev: «Lazerin stadiona keçirilməsinin qarşısını ala bilmərik»

Ramin Musayev: «Lazerin stadiona keçirilməsinin qarşısını ala bilmərik»
ÖLKƏ FUTBOLU 11 May 2011 / 19:22 2511
-  A +

«Xəzər Lənkəran»la «Qarabağ» arasında keçirilmiş oyunda meydan sahiblərinin bəzi azarkeşləri futbolçuların gözünə yaşıl rəngdə böyük həcmli lazer salırdılar. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fanatlar rəqib futbolçulara təsir etmək üçün bu üsuldan istifadə edirlər. Bunun qarşısını almaq isə çox çətindir.

Məsələylə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.Az-a bildirib ki, buna görə kluba hər hansı cəzanın tətbiq edilməsi yolverilməzdir: «Hər bir azarkeş özüylə stadiona belə əşya gətirə bilər və gətirir də. Biz belə halları əksər ölkələrin çempionatlarında da görmüşük. Bunun qarşısını almaq üçün bir mexanizm yoxdur».
R.Musayev bildirib ki, ümumiyyətlə, azarkeşin lazerdən istifadəsi bəzən futbolçulara əlavə ruh verir: «Onlar bundan qıcıqlanır və özlərini sübut etmək üçün bütün güclərini ortaya qoyur».

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu