Mahir Emreli Almaniyada növbəti qolunu vurdu

Mahir Emreli Almaniyada növbəti qolunu vurdu
DÜNYA FUTBOLU 27 Aprel 2025 / 00:26 10029
-  A +

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında 31-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

Mahir də bu matçda iştirak edib. 27 yaşlı hücumçu start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə Lukas Şxleymerlə əvəzlənib. Mahir görüşdə qol vurmağı da bacarıb. Forvard 45+4-cü dəqiqədə fərqlənib.

Hazırda turnir cədvəlində "Fortuna" 49 xalla 6-cı, "Nürnberq" isə 45 xalla 8-cidir.

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Nürnberq"ə keçib. O, cari mövsüm Almaniya təmsilçisinin heyətində 21 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib. Mahir 2-ci Bundesliqanın son 3 oyununda 4 qol vurub. 

Almaniya 2-ci Bundesliqası

22:30. "Fortuna" - "Nürnberq" - 3:3

Qollar: Şmidt, 68, 71, Appelkamp, 78 - Antiste, 19, Emreli, 45+4, Justvan, 61


Son xəbərlər