“Mançester Yunayted”in və Fransa millisinin sabiq futbolçusu Patris Evra MMA-da ilk döyüşünü keçirəcək.
QOL.az xəbər verir ki, bu haqda PFL (Professional Fighters League) təşkilatı “X” sosial şəbəkə hesabında məlumat yayıb. Döyüş mayın 23-də Parisdəki “Accor Arena”da olacaq. 43 yaşlı sabiq kapitanın rəqibi hələ açıqlanmayıb.
“Rəsmi olaraq PFL Europe ilə ilk döyüşümə hazırlaşıram. Rəqibimi onlar seçəcək. Məndən soruşdular ki, kimlə döyüşmək istəyirsən? Dedim, Luis Suareslə. Pulunu da özüm ödəyərəm, hətta istəyirsə, məni dişləyə də bilər”, – deyə Evra “X”də yazıb.
Fransız futbolçu “Mançester Yunayted”in heyətində beş dəfə İngiltərə çempionu olub və Çempionlar Liqasını qazanıb. O, həmçinin “Monza”, “Nitsa”, “Monako”, “Yuventus”, “Marsel” və “Vest Hem” klublarında da çıxış edib. Fransa millisində 81 oyun keçirən Patris Evra Avro-2016-da gümüş medal qazanıb.
Evra futbolçu karyerasını 2019-cu ilin yayında başa vurub.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı