Amsterdam “Ayaks” klubunun sabiq futbolçusu və baş məşqçisi Yohan Kroyfun şərəfinə stadionda yeni heykəl qoyulub.
QOL.az xəbər verir ki, abidə holland futbol əfsanəsinin 78 illiyi münasibətilə açılıb.
Bürüncdən hazırlanmış heykəl kral lojasının üzərindəki eyvanda yerləşdirilib. Kroyf fiquru stadionun meydanına baxaraq əli ilə ora işarə edən vəziyyətdə təsvir olunub.
“Bu bürünc heykəl Kroyfun baxışlarını, işinə olan sədaqətini və futbol dünyasına – həm oyunçu, həm də məşqçi kimi – misilsiz töhfəsini daim xatırladacaq bir simvoldur”, – deyə klubun yaydığı açıqlamada qeyd olunub.
Kroyf 2016-cı il martın 24-də ağciyər xərçəngindən vəfat edib. 2018/19 mövsümündən etibarən “Ayaks”ın stadionu onun adını (Yohan Kroyf Arena) daşıyır.
Yuxarı
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı