"Qarabağ" "Sabah"a qalib gəlir - Yenilənir

"Qarabağ" "Sabah"a qalib gəlir - Yenilənir
PREMYER LİQA 27 Aprel 2025 / 20:46 8329
-  A +

Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.

Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Beləliklə, "Səbail" turnir cədvəlində 21 xalla sonuncu – 10-cu yerdə, "Araz-Naxçıvan" isə 54 xalla 3-cü yerdə qərarlaşıb. 

Turun mərkəzi görüşü isə Masazırdadır. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağıdır. Ağdam klubu bu matçda 1 xal qazansa belə, sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirəcək. Çünki hazırda "Qarabağ"ın 76, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var.

27 aprel

20:00. “Sabah” – “Qarabağ” - 0:1 (Fasilə)

Qol: Redon Cica, 42 - pen. 

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Bank Respublika Arena.

 

17:30. “Səbail” – “Araz-Naxçıvan” - 1:1

Qollar: Ülvi İsgəndərov, 30 (0:1), Marko Nikoliç, 76 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Namik HüseynovASCO Arena.

25 aprel

“Turan Tovuz” - “Şamaxı” - 1:1

26 aprel

 “Kəpəz” - “Zirə” - 0:1

28 aprel

20:00. “Sumqayıt” - “Neftçi”

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Salifu Suma ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol


Son xəbərlər