"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 32-ci turunda "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Gözlədiyimiz kimi çətin oyun oldu. Rəqib qış fasiləsindən sonra evdə məğlub olmamışdı. Bilirdik ki, "Kəpəz" əzmkar mübarizə aparacaq. Üstünlük yaratmaq üçün əlimizdən gələni etdik. Oyuna yaxşı başladıq. Rəqib bizə oynamağa çox da rahat imkan vermirdi. İkinci hissənin əvvəlində sürəti artırdıq. O dəqiqələrdə qol vurduq. Daha sonra yaxşı əks-hücumlarımız oldu. İkinci qolu vurdsaydıq, bizim üçün daha rahat olardı. Qarşıda bizi 4 matç gözləyir. Hər matçda yaxşı oyun göstərməliyik.
- Avrokuboklara hansı yeniliklərlə gedəcəksiniz?
- Avropa Liqası üçün 3 komandanın şansı var. Hər üç komanda sona qədər mübarizə aparacaq. Qarşımıza qoyulan hədəf avrokuboklar idi. Medal qazanaraq bunu etmək sevindirici haldır. İkinci yeri tutmaq istəyirik. Necə olacağını zaman göstərəcək. "Araz-Naxçıvan" sona qədər təslim olmayacaq.
- Qurban Qurbanov və siz uzun müddətdir bir komandada işləyirsiniz. Niyə digər klublarımız baş məşqçilərə bu qədər çox şans vermir?
- Klublarımız daha çox yerli məşqçilərə güvənir. Mən şəxsən yerli mütəxəssislərin gördüyü işlərlə fəxr edirəm. Hamını bir-bir qeyd edə bilərəm. Göstərdikləri iş qürurvericidir.
- Avrokuboklarda hədəfiniz nə olacaq?
- Bu gün bir tur keçəndə uğur sayılır. Bunun da səbəbi reytinqimizin aşağı olmasıdır. Reytinqimizi gücləndirməliyik ki, ilkin mərhələlərdə uyğun rəqiblər olsun. Cırmaqlaya-cırmaqlaya reytinq xalları toplamalıyıq. Avrokuboklarada uğur əldə etmək asan deyil. Bu il üzərimizdə təzyiq olacaq. Çünki, keçən il pley-off mərhələsinə yüksəlmişdik. Hər şeyi zaman göstərəcək. İstəyərik ki, güclənək. Bu gün klubun bizə yaratdığı şəraitdən razıyam. Bir az da güclənə bilsək, yaxşı olar. Bu həftədən yavaş-yavaş işlərə başlayacağıq. Dünən avrokuboklarda iştirakımız təsdiqlənəndən sonra maraqlandım ki, Konfrans Liqasında ilk oyun nə vaxtdır. Hazırda bizim üçün prioritet çempionatda ikinci yeri tutmaqdır.
- Ötən mövsüm "Zirə" daha praqmatik oynayırdı. Bu mövsüm isə həm baxımlı oyun var, həm də nəticə. Oyun fəlsəfənizi komandaya aşılaya bilmisiniz?
- Keçən il kim bizdən yaxşı oynayırdı? Hamı nəticə qazanmaq istəyir. Hamımız istəyirik ki, həm gözəl futbol oynayaq, həm də nəticələrimiz yaxşı olsun. Bu il risk etdiyimiz məqamlar daha çoxdur. Hər şeyin vaxtı var. Mənim üçün "Qarabağ", Qurban Qurbanov bir məktəbdir. İnşallah, biz də bir gün o səviyyəyə gələrik. Həm nəticələrimiz yaxşı olar, həm oyunumuz hamını məmnun edər. Futbolçularımdan çox razıyam. Ötən mövsümü 8-9-cu yerdə bitirən klublardan futbolçular transfer etmişik. Biz iddialı transferlər etməmişik. Gücümüzə, imkanlarımıza uyğun yaxşı komanda formalaşdırmağa çalışırıq.
- "Zirə" nə vaxt yüksək məbləğlər ödəyib transferlər edə biləcək?
- Vacib olan odur ki, transfer etdiyin futbolçular uğurlu olsun. Bu il kiçik büdcə ilə çox uğurlu transferlər etmişik. Bəlkə də böyük pullar xərcləsəydik, belə uğurlu olmazdı. Bəzən elə oyunçular olur ki, heyətinə qatmaq istəyirsən, amma istədiyi məbləği verə bilmirsən. Nə vaxtsa elə imkanlarımız olar, biz də bahalı transferlər edərik. Amma bu gün də rəhbərlikdən razıyıq. (sportal.az)
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti