Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı keçirlir.
QOL.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayıb.
Rəşid Məmmədəliyev (73) 1/16 finalda Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. O, ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədyarov 1/4 finalda Joan-Benjamin Qabana (Fransa) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə Danil Lavrentevlə (İJF) qarşılaşıb və ipponla məğlub olub.
Rəqib növbəti görüşdə qələbə qazandığından Məmmədəliyev bürünc medal uğrunda Daniel Zeqedi (Macarıstan) ilə mübarizə aparıb. İdmançımız qalib gələrək qitə çempionatında medal qazanan Azərbaycan cüdoçularının sayını ikiyə çatdırıb.
Bu gün mübarizəyə qoşulan Fidan Əlizadə (57 kiloqram) isə 1/16 finalda Anastasiya Sokiryanskanı (Latviya) məğlub edib. O, 1/8 finalda Benta Ndiayeə (İsveçrə) məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd dək ki, ötən gün beş idmançımız turnirdə mübarizə aparıb. Onlardan yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanmağı bacarıb.
Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.
Titedən mühüm qərar
“Qarabağ”dan yeni rekord
19-cu finalçı
"Finalda hər şey ola bilər" - Berezutski
"Qırılmış ümidlərə görə üzr istəyirik" - Samir Abasov
"Sabah" bunu ilk dəfə bacardı - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Real" və iki İngiltərə nəhəngi onunla maraqlanır
"Qarabağ" finala belə yüksəldi - Video
"Məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır" - Elmar Baxşıyev
"Füzuli", "Şimal" və "Kür-Araz"dan qələbə
Azərbaycan cüdoçusu bürünc medal qazandı - Avropa çempionatı
"Sabah" - "Neftçi": Heyətlər
"Barselona" Fliklə razılığa gəldi
Fabreqas yeni klubu çalışdıracaq?
"Zaqatala” – “İmişli” matçının hakimləri məlum oldu
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər
AFFA rəsmiləri UEFA-nın tədbirində
Azərbaycanda bu komandalara texniki məğlubiyyət verildi
Yunanıstan Superliqasında ilk dəfə: türkiyəli hakim