Əfqan Həmzəyev qalmaqallı təbrik haqda danışdı (VİDEO)

Əfqan Həmzəyev qalmaqallı təbrik haqda danışdı (VİDEO)
ÖLKƏ FUTBOLU 11 May 2011 / 13:24 2815
-  A +

AZAL-la oyundakı 3:1 hesablı qələbədən sonra hakim Əfqan Həmzəyevin «Neftçi»ni çempionluq münasibətilə bu klubun rəhbər şəxslərini öpərək təbrik etməsi neçə gündür mətbuatın müzakirə mövzusudur. Qol.Az-ın məlumatına görə, AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu hərəkətin hakim adına yaraşmadığını deyib və Həmzəyevin cəzalandırılacağını bildirib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə hakimin bu hərəkətiylə bağlı Xaqani Məmmədovun ölçü gütürməsinin vacibliyini bildirib. Məsələylə bağlı Qol.Az-ın müxbiri bu gün Əfqan Həmzəyevin özüylə əlaqə saxlayıb. Əməkdaşımızın təkidlərinə baxmayaraq, Həmzəyev hadisəylə bağlı danışmayıb. O, yalnız «mən sizdən çox üzr istəyirəm, bu mövzuda danışmaq istəmirəm. Hadisənin baş verdiyi anın görüntüləri ortadadır» - deməklə kifayətlənib.

Qol.Az saytı əlavə heç bir şərh vermədən həmin görüntüləri təqdim edir.




Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq