Bu gün "Turan Tovuz"un Kürdəxanı qəsəbəsində yerləşən Hünər təlim-məşq bazasının inşası çərçivəsində nəzərdə tutulan standart ölçülü təbii örtüklü meydançalardan ilkinin açılış mərasimi keçirilib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə millət vəkilləri Arzu Nağıyev və Azər Allahverənov, “Turan Tovuz” PFK-nın idarə heyətinin sədri Ehtiram Quliyev, idarə heyəti üzvləri, futbol veteranları, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
İstifadəyə verilən meydançanın ümumi ot örtüyü sahəsi 114 x 74 metr təşkil edir. Meydança beynəlxalq standartlara uyğun ot örtüyü və digər texniki göstəricilərə uyğun salınıb. Bundan başqa meydançaya bitişik 20x30 metrlik köməkçi məşq zonası, 20x10 metrlik açıq tipli isinmə hərəkətləri üçün məşq zonası var. Ərazidə inzibati bina və çəkiliş qülləsi tikilib.
İnzibati binada 55 kvadratmetrlik toplantı otağı, 32 nəfər üçün nəzərdə tutulan soyunub-geyinmə otağı, 12 yerlik duş, ayrıca ayaq yumaq üçün yer və sanitar qovşaq var.
Bundan əlavə binanın daxilində 25 kvadratmetrlik buz hovuzu, 20 kvadratmetrlik sauna, həkim və masaj otaqları komandaların ixtiyarına verilib.
Yoldaşlıq oyunlarını nəzərə alaraq bina daxilində 70 kvadratmetrlik, 15 yerlik soyunub-geyinmə otağı, 6 yerlik duş, ayrıca ayaq yumaq üçün yer və sanitar qovşaq qurulub.
Oyunları izləmək üçün hər mərtəbəsi 12 kvadratmetrdən ibarət olan 3 mərtəbəli izləmə qülləsi tikilib.
Qüllənin birinci mərtəbəsində binanın istilik və su təchizatını təmin etmək üçün müasir standartalara uyğun qazanxana sistemi yığılıb.
İkinci mərtəbə rəhbərlik və məşqçi heyətinin oyunu daha rahat izləməsi üçün nəzərdə tutulub.
Üçüncü mərtəbədə kamera nəzarət otağı yerləşir. Dam hissəsi isə açıq çəkiliş meydançası üçün nəzərdə tutulub.
Bundan əlavə stadion və ümumi ərazi yağış və suvarma sularına qarşı yüksək keyfiyyətli drenaj xətləri və quyuları quraşdırılıb. Ərazidə əlavə olaraq 100 tonluq köməkçi yanğın və suvarma su anbarı da istifadəyə verilib.
Qeyd edək ki, ümumi ərazisi 5 hektardan böyük olan Kürdəxanı layihəsi çərçivəsində əsas korpus binasının tikintisi və əlavə 2 təbii örtüklü meydançanın salınması prosesi davam edir.
Yuxarı
"Çelsi"yə qarşı matçı buraxacaq
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
Azarkeşlərə görə matçı boykot edə bilərlər
"Barselona"dan yeni rekord
“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
“Şəfa”ya kubok nə zaman təqdim olunacaq?
Hakimin səhv qərar verdiyi təsdiqləndi - Şəkil
Afrika Millətlər Kuboku dörd ölkədə keçirilə bilər
"Xankəndi"ni çempion edən matçdan - Video
Dembele yenidən zədələndi
Türkiyə millisinin DÇ-2026 üçün - Genişləndirilmiş heyəti
Region Liqasının qalibi bəlli oldu
“Qarabağ” yeni transferi rəsmən elan etdi
2-ci liqa: "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
"Şəmkir"in kapitanı meydanı ambulansda tərk etdi
“Qalatasaray”la vidalaşdı
Kazemiro son matçında kövrəldi - Video
Xorvatiyanın DÇ-2026 üçün heyəti
Yamal dünya çempionatının ilk matçlarını buraxa bilər
“Zirə”dən başqa hər komanda öz yerini tutdu” - Şahin Diniyev
"Barselona" Fliklə müqaviləni uzatdı - Rəsmi
“Qarabağ”da bir çox futbolçu uğurdan doyub” - Müsahibə
Sergen Yalçın "Beşiktaş"dan getdi
“Real”da Karvahal dövrü bitir - Rəsmən açıqlandı
Simeone: "Atletiko"da işləməyə davam edəcəyəm"
“Sabah”ın 14 mümkün rəqibindən 13-ü bəllidir - Siyahı
Flik: "Levandovski son 20 ilin ən yaxşı hücumçusudur"
Zamiqin komandasından darmadağın
Mourinyo yenidən “Real”da - 2 illik müqavilə
Ukrayna millisinin yeni baş məşqçisi açıqlandı
Daha bir millinin DÇ-2026 üçün heyəti məlum oldu
“Kəpəz”in futbolçusu 200-ə çatdı
“Ayntraxt” baş məşqçisini qovdu
Nərimanın baş məşqçisi istefaya göndərildi
Ramalinqomun yubiley qolu
Abubakar “Neftçi”dən ayrılıb bu kluba keçir? - Yeni iddia
Qrizmann "Barselona"ya keçidinə görə üzr istədi
Məşqçiyə hücum edildi, oyun yarımçıq dayandırıldı - Video
"Neftçi"nin vacib qələbəsi - Video
Əjdərovdan Avropa çempionatında bürünc medal
"Zirə" "Sumqayıt"a belə qalib gəldi - Video
Azərbaycan millisi Avropa ikincisi oldu
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video