"Starkovun gedişinə çox sevindim"

"Starkovun gedişinə çox sevindim"
ÖLKƏ FUTBOLU 11 May 2011 / 00:33 2731
-  A +

İngiltərənin "Tottenhem" klubunda çıxış edən Rusiya yığmasının futbolçusu Roman Pavlyuçenko hazırda "Bakı"ya rəhbərlik edən Aleksandr Starkovun 2006-cı ilin aprelində Rusiya "Spartak"ından gedişini çox sevinib. Qol.Az-ın məlumatına görə, bu barədə Pavlyuçenko "AiF" qəzetinə müsahibəsində bildirib. 

30 yaşlı hücumçu 2003 - 2008-ci illərdə çıxış etdiyi "Spartak"da baş məşqçi istefaları barədə danışarkən belə deyib. Onun sözlərinə görə, baş məşqçilik işi daimi deyil. Pavlyuçenko bildirib ki, vaxtilə Moskva komandasını tərk edən baş məşqçilərlə vidalaşmaq onun üçün çətin olub: "Lakin "Spartak"da bir nəfər olub ki, gedişi məni çox sevindirib. İndi o, Azərbaycanda işləyir. Ona uğurlar arzulayın".
 
Qeyd edək ki, Aleksandr Starkov 2004-cü il sentyabrın 9-dan 2006-cı ilin aprelinədək "Spartak"da çalışıb. "Qırmızı-ağlar" 2005-ci il Rusiya çempionatında ikinci yeri tutsa da, 2005-ci ildə Starkovla oyunçular arasında konflikt yaranıb. Nəticədə 2006-cı ilin aprelində klub rəhbərliyi onunla müqaviləni pozub. Starkov 2011-ci ilin yanvarından "Bakı"ya rəhbərlik edir.    

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq