Premyer Liqanın təqvimi niyə dəyişib?

Premyer Liqanın təqvimi niyə dəyişib?
ÖLKƏ FUTBOLU 10 May 2011 / 18:38 2538
-  A +

Peşəkar Futbol Liqası Premyer Liqanın 31-ci turunun oyunlarının istirahət günü deyil, iş günlərinə təyin etməsinin səbəbini açıqlayıb.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqəlar Departamentinin rəhbəri Aslan Şahgəldiyevin Qol.Az-a verdiyi məlumata görə, milli komandanın mayın 20-də başlanacaq təlim-məşq toplanışı ilə əlaqədar çempionatın təqvimi irəli çəkilib.

«Peşəkar Futbol Liqası milli komandamızın qarşıdakı seçmə oyunlara daha yaxşı hazırlıq keçməsi üçün belə bir qərar verib» - deyə A.Şahgəldiyev bildirib.

Qeyd edək ki, 31-ci turun oyunları mayın 12-13-də, iş günlərində keçiriləcək.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq