Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli uzun müddətdən sonra qol vurduğu son oyunla bağlı danışıb.
QOL.az "Bild"ə istinadən xəbər verir ki, "Kayzerslautern"lə görüşdə fərqlənərək komandasının qələbəsində (2:1) böyük pay sahibi olan Emreli xeyli müddətdən sonra start heyətdə yer almasının onun üçün xüsusi əhəmiyyəti olduğunu deyib:
"Uzun müddətdən sonra start heyətdə yer aldığım ilk oyunum idi. Bu, mənim üçün xüsusi bir məna kəsb edirdi. Oyun zamanı komandama kömək etməkdən həzz alırdım. Çətin matç olacağını bilirdik. Komanda yoldaşlarım dedilər ki, Kayzerslauterndəki azarkeşlər rəqibin böyük üstünlüyüdür. Amma taktiki və mental olaraq yaxşı hazırlaşmışdıq".

27 yaşlı futbolçu bildirib ki, 2-ci bundesliqada qalib gələ bilməyəcəkləri rəqib yoxdur: "Ümid edirəm ki, bu qələbə bizə qarşıdakı oyunlar üçün daha çox inam verəcək. Əgər psixoloji olaraq hazır olsaq, bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur".
Qeyd edək ki, M.Mereli bu mövsüm "Nürnberq"də ümumilikdə 20 oyuna 5 qol vurub, 1 qol ötürməsi edib. O, “Kayzerslautern”lə oyuna qədər son qolunu ötən ilin noyabrında vurmuşdu.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi