Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına bu gün yekun vurulur.
QOL.az xəbər verir ki, Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışıb.
Nihat Məmmədli (60 kq, Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) final görüşünə çıxıblar. Hər üç idmançımız qalib gələrək Avropa çempionu olublar.
Ülvi Qənizadə isə (72 kq) bürünc medal uğrunda mübarizə aparıb. O, təsəlliverici görüşdə rusiyalı Alen Mirzoyana (UWW) 3:1 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Daha sonra belaruslu Aleksandr Liavonçikə (UWW) qalib gələn idmançımız ölkəmizə daha bir medal qazandırıb.
Avropa çempionatı
Final
60 kq.
Nihat Məmmədli (Azərbaycan) - Georgi Tibilov (Serbiya) - 7:3
67 kq.
Həsrət Cəfərov (Azərbaycan) – Əbu Müslüm Amayev (Bolqarıstan) - 7:1
82 kq.
Qurban Qurbanov (Azərbaycan) – Erik Silvassi (Macarıstan) - 6:0
Bürünc medal uğrunda görüş
72 kq.
Ülvi Qənizadə (Azərbaycan) - Aleksander Liavonçik (UWW) - 2:1
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
Mbappe üzr istəyib
"Biz axmaq deyilik"
Premyer Liqada 25-ci qol
Roma derbisindən - Video
"Real" qalib gəldi
"Neftçi Arena"da vurulan 6 qol - Video
"İşimizi tərif üzərində qurmamışıq" - Rəşad Sadıqov
"Kəpəz" - "Araz-Naxçıvan" matçından - Video
Azər Bağırov: "Düşünürəm ki, biz iki xal itirdik"
Elmar Baxşıyev: "Çempionat və kubok oyunlarını ayırmırıq"
"Barselona" üçün şad xəbər
"Neftçi" - "Zirə": Heyətlər
De Brüyne hansı komandaya keçəcək?
"Real" hər şeyi ilk 15 dəqiqədə həll etməlidir"
"Sevilya" baş məşqçisini istefaya göndərdi
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Məktəblərdə idman dərnəklərinin sayı artırılmalıdır"
Komanda yoldaşları Onanadan narazıdır
Emilin komandasından növbəti məğlubiyyət
3 həftə "Barselona"ya kömək edə bilməyəcək
Ronaldonun möhtəşəm qolu - Video
Ançelotti "Real"ın problemlərindən danışdı
Mahirdən Almaniyada gözəl qol - Video
"Barselona"dan çətin qələbə - Video
Zamiq oynadı, komandası məğlub oldu
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı - Video
Ronaldo qollarının sayını 933-ə çatdırdı