"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş məşhur futbol eskperti Roy Kinin "qırmızı şeytanlar"ı tənqid etməsinə münasibət bildirib.
QOL.az xəbər verir ki, Kin Premyer Liqada "Nyukasl"a 1:4 hesablı məğlubiyyətdən sonra "Mançester Yunayted"in bəzi oyunçularının kifayət qədər işi görmədiyini deyib.
Bruno isə Kinin sözlərinə belə cavab verib: "Bu, başqalarının fikridir. Mən insanları özüm, komanda yoldaşlarım və komandam haqqında eyni fikirdə olmağa məcbur edə bilmərəm. Vəssalam.
Təbii ki, biz axmaq deyilik. Düşdüyümüz vəziyyəti dərk edirik. Tənqid etmək asandır, çünki klub əvvəllər heç vaxt belə vəziyyətə düşməyib. Əvvəlki mövsümlərdə bu qədər əziyyət çəkməmişdik. Tənqidlərin olması normaldır.
"Mançester Yunayted" də oynadığını başa düşməlisən. Bilirsiniz ki, tənqid qaçılmazdır. Yaxşı nəticələr olduqda isə sizə gözəl sözlər deyiləcək. Bütün bunlara yanaşmanızda tarazlıq tapmalısınız".
Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində 38 xalla 14-cüdür.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb