“Qarabağ”ın yeni transferi İlqar Qurbanov “Xəzər Lənkəran”la oyunda rəsmi debüt edib. Qol.Az-ın məlumatına 70-ci dəqiqədə meydana daxil olan Qurbanov 90+1-ci dəqiqədə qol vurmaqla komandasını məğlubiyyətdən xilas edib (1:1).
25 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bu mövsümün onun üçün çətin alındığını deyib: “Öncə “Mersin İdman Yurdu”, ardınca lisenziya ilə bağlı yaranmış problemlər məni futbolsuz qoymuşdu. Üstəlik, arada zədə də almışdım. Amma daim öz üzərimdə işləyirdim. “Qarabağ”a gələndə bilirdim ki, o dəqiqə heyətə düşən eyiləm. Öncədən də bildirmişdim ki, komandada olan rəqabətdən xəbərim var. Çalışmaqla öz zamanımı gözləməliyəm. Bilirdim ki, Qurban müəllim özümü göstərmək üçün mənə mütləq şans verəcək. Son 2 oyunda “18”liyə düşdüm. Zamanımın yavaş-yavaş yetişdiyini hiss edirdim. Elə oldu ki, “Xəzər Lənkəran”la oyunda bu şansı qazandım. Meydana çox istəkli çıxmışdım. Komandama yararlı olmağa çalışırdım. Allahın izniylə, pis alınmadı. Bu o demək deyil ki, qol vurdum, hər şey bitdi. Düzdü, bu qol mənə stimul oldu. Amma daha çox çalışmaq lazım olduğunu bilirəm. Bizim komandada çox güclü rəqabət var. Heyət də genişdi. İnşallah, “Qarabağ”a daha da faydalı olmağa çalışacağam”.
İlqar oyuna girərkən, baş məşqçinin ona müəyyən təlimatlar verdiyi diqqətdən qaçmadı. Maraqlıdı, görəsən, Qurban Qurbanov 25 yaşlı yarımmüdafiəçiyə nə deyirmiş?
“Mənə daha çox soldan hücum etməyi söyləmişdi. Dedi ki, amma müdafiə olunduğun zaman zonanı da bağla. Belə deyək, 70 faiz hücumu düşünməliydim. Eyni zamanda mənə bildirdi ki, daim axtarışda ol və mərkəzə yollar axtar. Rəqibin 2 müdafiəçisi konkret adam tutmadığına görə bundan istifadə etməliydim. Qol epizodunda məhz belə hərəkət etdim” – deyə i Q.Qurbanov bildirib.
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu
Ozobiç bu qolla futbol tariximizə düşdü
Son 16 mövsümündə ilk
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
"Tovuzda komandaya güclü dəstək var" - Xorxe Silva
İngiltərədən rekordla gedir
Nərimanın komandası öz meydanında xal itirdi
Tofiq Əliyev yenə səhnədə! Möhtəşəm çıxış - Video
7 qol vuruldu, "İnter" qalib gəldi - Video
"Qalatasaray" öz meydanında xal itirdi
Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi