Azərbaycan futzal millisinin və Qazaxıstanın "Astana" klubunun qapıçısı Rövşən Hüseynli yığmadan kənarlaşdırılmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, o, bu barədə özünün Feysbuk hesabında yazıb.
R.Hüseynli məsələyə belə aydınlıq gətirib: “Ardıcıl iki oyundan sonra yola çıxmaq çətin olsa da, 6 aprel 03:00 reysi ilə Astanadan Bakıya yola düşdüm. Səhər saat 7-8-də evə çatdım, axşam 21:00-23:00 məşqində iştirak etdim. Məşqdən sonra başa düşülən məlum məsələləri deyib növbəti gün saat 12:00-dakı məşqə gələrək komandaya qoşula bilərəmmi deyə müraciət etdim. Yox cavabı aldım, mən də səbəbləri izah edib evə getdim. Hazır məşq etmək üçün tez gəldiyim halda indi intizamsızlıqla kənardayam. Milli komandaya hər zaman layiqincə xidmət etmişəm. Dəvət aldığım müddətdə də belə davam edəcək. Menim ümumi 20 illik, peşəkar 16 illik karyeramda işlədiyim hər bir rəhbər, məşqçi, idarə heyəti, komanda yoldaşlarımdan kimsə deyə bilməz ki, Rövşən 1 dəfə də olsun intizamsızlıq edib".
Xatırladaq ki, milli komandanın baş məşqçisi Vitali Borisov ötən gün verdiyi açıqlamada Rövşən Hüseynlini intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırdığını deyib.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?