Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçiriləcək səfər oyunu ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında meydana qələbə üçün çıxacaqlarını deyib:
“Sabah çox önəmli oyuna çıxacağıq. Üç gün əvvəl Litva yığması üzərində qazandığımız səfər qələbəsi komadamıza özünəinam verdi. Bu da qarşıdakı görüşə daha yaxşı hazırlaşmaq baxımından vacib idi. Vaxt az olduğu üçün tez bir zamanda Litva ilə matçı unudub, Monteneqro ilə qarşılaşmaya köklənməli idik. Sabahkı görüşdən sonra qrupda hansı mövqeyi tutacağımız müəyyənləşə bilər.
Bura qələbə istəyi ilə gəlmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Düşünürəm ki, minimum səhv edən tərəf istəyinə çatacaq. Nəzərə alaq ki, bu “pəncərə”də biz ikinci oyunumuza çıxacağıq və hər ikisi səfər qarşılaşmasıdır. Monteneqro isə bir matçla kifayətlənəcək. Yorğunluq olsa da, buradan istədiyimiz nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, aprelin 8-də Nikşiç şəhər stadionunda keçiriləcək Montenqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?