Yığmamızın sabiq futbolçusuna rekord mükafat

Yığmamızın sabiq futbolçusuna rekord mükafat
ÖLKƏ FUTBOLU 10 May 2011 / 00:01 2496
-  A +

"Mersin İdman Yurdu" klubunun Türkiyə Superliqasına çıxması münasibətilə futbolçulara rekord miqdarda mükafat veriləcək. Qol.Az-ın məlumatına görə, bunu klubun prezidenti Əli Kahramanlı açıqlama deyib.

O bildirib ki, öncədən hər bir oyunçuya vəd edilən "Mercedes" markalı avtomobillə kifayətlənməyəcəklər. Komandaya əlavə olaraq, 650 min lirə (təqribən 325 min manat) pul mükafatı veriləcək. Həmin məbləğ futbolçular arasında bölünəcək.

Qeyd edək ki, 28 illik fasilədən sonra Superliqaya vəsiqə qazanan "Mersin İdman Yurdu"nun heyətində Azərbaycan yığmasının sabiq futbolçusu Ernani Pereyra da çıxış edir.

Daha çox


Son xəbərlər